Argentina ABŞ-dan “Texan II” təlim-döyüş təyyarəsi alır

Argentina və ABŞ arasında 4 ədəd T-6C+ “Texan II” təlim-döyüş təyyarəsinin alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ Konqresinin təsdiq etdiyi satış müqaviləsinin dəyəri 88.2 milyon dollar təşkil edir.

Müqaviləyə əsasən T-6C+ “Texan II” təlim-döyüş təyyarəsini istehsal edən ABŞ-ın “Hawker Beechcraft” şirkəti sifarişçini 4 ədəd təyyarə ilə yanaşı, pilot-təlimi və ehtiyyat hissələri ilə təmin edəcək.

İlk təyyarə 2018-ci il aprelin 30-da Argentina Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil veriləcək.

Bu təyyarələr Argentina sərhəddində kəşfiyyat və nəzarət məqsədiylə istifadə edilməsi nəzərdə tutulur.

T-6 təlim təyyarələrin yaxın hava dəstəyi üçün modifikasiya edilən T-6C+ modeli bundan əvvəl Əfqanıstan HHQ-nə satılıb. Bu təyyarələrin əməliyyat dəstəyi isə ABŞ HHQ üzərindən reallaşdırılır.

T-6C+ “Texan II”nin maksimum uçuş sürəti 585 km/saat, gediş uzaqlığı 1.7 min km təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş