“Arjun” Mk2 tankı silahlanmaya qəbul edilir
Hindistan hökuməti yerli məhsul olan “Arjun” Mk2 tankının kütləvi istehsalına başlanması ilə bağlı qərar verib.
“AzeriDefence”nin məlumatına görə, 1 alayın ştatına uyğun sayda istehsal ediləcək “Arjun” ölkənin Pəncab bölgəsində dislokasiya ediləcək.
Mk2 özündən əvvəlki istehsal olan Mk1-dən 93 meyar üzrə fərqlənir. Tankın atış imkanı da 8 km-ə qədər uzadılıb.
Tankın çəkisi Mk1 modifikasiyasından 10 ton çoxdur.
Ümumilikdə isə Hindistan Ordusu 300 ədəd “Arjun” Mk2 tankı istehsal etmək niyyətindədir.
KATEQORIYA: Sənaye