“Arlan” və “Barıs”ın xaricə ixrac olunacaq

Qazaxıstanda istehsal olunan “Barıs” və “Arlan” zirehli transportyorları xaricə ixrac olunacaq.

“AzeriDefence”nin Qazaxıstan mediasına istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı “Kazakhstan Paramount Engineering” şirkətinin baş direktoru Erbol Səlimov verib.

O deyib ki, adıçəkilən müəssisədə istehsal olunan zirehli döyüş maşınları NATO və rus müdafiə sənayesinin müasir tələblərinə cavab verir.

“Artıq yaxın şərq və Afrika ölkələrindən bəziləri “Arlan” və “Barıs” döyüş maşınları ilə maraqlanırlar.  Əvvəllər yalnız İordaniyaya 50 “Arlan”ın satışından söhbət gedirdisə, hazırda Küveyt, Səudiyyə Ərəbistanı və digər ölkələrlə də bu istiqamətdə danışıqlar başlayıb”.

E. Salimovun sözlərinə görə, zavod işə başlamasından ötən 1 il ərzində 100 ədəd zirehli maşın istehsal edərək, Qazaxıstan Ordusunun silahlanmasına verib.

Xatırladaq ki, “Kazakhstan Paramount Engineering” Cənubi Afrika Respublikasının (CAR) “Paramount Group” şirkətinin birgə müəssisəsidir. Bu müəssisənin məhsulları Qazaxıstanda “Arlan” və “Barıs” adları ilə istehsal olunurlar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş