“Arlan” zirehli maşını Rusiyada yüksək nəticə göstərib

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” şirkətinin istehsalı olan “Arlan” zirehli maşınının nümayişi Rusiyada keçirilən “Armiya-2016” II Beynəlxalq hərbi-texniki forumunda maraqla qarşılanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sərgi zamanı “Arlan” göstərilən şərti hədəflərə hərəkətdə və hərəkətsiz vəziyyətlərdə atəş açıb. Hər iki atəş zamanı “Arlan” yüksək nəticə göstərib.

Bundan başqa maşın 50 sm hündürlükdə olan maneələri, beton blokları və digər çətin ərazilərdən uğurla keçid edə bilib. Bu zaman maşının transmissiasında heç bir problem qeydə alınmayıb.

Nümayişdə iştirak edən mütəxəssisələr “Arlan”ın bu imkanları yüksək dəyərləndiriblər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş