“Arlan” zirehli maşınının sınaqdan çıxarıldı – VİDEO

 

Qazaxıstan Müdafiə Nazirliyi yerli istehsal olan “Arlan” zirehli avtomobilinin sınaq video-görüntülərini yayıb.

“AzeriDefence”nin məlumatına görə, zirehli maşın “Kazakhstan Paramount Engineering”  Astanadakı müəssisəsində istehsal olunur.

“Arlan” Cənubi Afrika Respublikasının “Paramount Group” şirkətinin “Marauder” zirehli maşınının bazasında istehsal olunub.

Maşın çoxməqsədli fəaliyyət üçün nəzərdə tutulub.

“Arlan”ın üzərində iriçaplı pulemyot və müxtəlif formatlı hava hücumundən müdafiə sistemləri qurulub.

Avtomobilin çəkisi 12 tondur.

KATEQORIYA:
Bu xəbəri paylaş