“Armata” tankının dövlət sınaqları gələn il başlanacaq

T-14 “Armata” tankının dövlət sınaqları plan üzrə 2016-cı ildə başlanacaq.

“AzeriDefence”nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya Quru Qoşunlarının komandanı, general-polkovnik Oleq Salyukov bildirib.

Onun sözlərinə görə, bu il tankın və bu platforma üzərində digər texnikaların eksperimental nümunələrinin dizaynı bu il ərzində tamamlanacaq.

“Gələn ildən qoşunlarda sınaqdan keçirilməsi üçün təcrübi nümunələrin kiçik partiyaların çatdırılması planlaşdırılır”, — deyə Salyukov əlavə edib.

O qeyd edib ki, “Armata” platformasında hazırlanmış T-14 əsas döyüş tankı prinsipial olaraq yeni taktik-texniki xarakteristikalara malikdir. Tank 125 mm-lik top və insansız qüllə, həmçinin döyüş sursatlarının verilməsi üçün yeni avtomat sistemlə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş