“Armtrac 75T 230” testləri başa vurdu

“Armtrac 75T 230” demining maşını Xorvatiyanın Cerovac poliqonunda keçirilmiş testlərdən uğurla çıxıb.Maşının aprel ayında Sibenik şəhərində keçiriləcək “Humanitarian Demining – 2012 ”simpoziumunda təqdimatının keçirilməsi planlaşdırılır.

Böyük Britaniyanın “Armtrac Ltd.” Şirkəti tərəfindən istehsal edilən “Armtrac 75T 230”-un uzunluğu tilləri ilə bir yerdə 5 850 mm, eni 1 800 mm, hündürlüyü 3 060 mm, çəkisi 12 600 kq, tillərinin çəkisi isə 2 000 kq təşkil edir. 230 at gücünə malik maşını həm kabinədən, həm də məsafədən idarə etmək mümkündür.

Testlərin nəəticələrinə görə, “Armtrac 75T 230” torpaq sahədə orta dərinlik 20 sm olmaqla saatda 1 776 kv.metr, qumlu sahədə orta dərinlik 23 sm olmaqla 707 kv.metr, çınqıllı sahədə orta dərinlik 24 sm olmaqla 1 200 kv.metr ərazini minalardan təmizləyə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş