
“Arquus” zirehli maşınlarını E-XPO virtual stendində nümayiş etdirir
Fransanın “Arquus” şirkətinin istehsalı olan hərbi yük maşınları və zirehli nəqliyyat vasitələri 8 iyun – 31 iyul tarixlərində E-XPO virtual stendində nümayiş etdirilir.
Bu barədə “AzeriDefence” “Arquus” şirkətinin saytına istinadən məlumat verib.
“Arquus”un məlumatına görə, Fransada iyunun 8-də başlanılması planlaşdırılan “Eurosatoy 2020” müdafiə sənaye sərgisi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salındıqdan sonra, şirkət E-XPO virtual interaktiv kabinet yaradıb.
Arquus”un virtual stendini ziyarət etmək istəyənlər şirkətin rəsmi saytında qeydiyyatdan keçməklə “Arquus” şirkətinin məhsulları ilə yaxından tanış olmaq imkanı əldə edə bilərlər.
KATEQORIYA: Xəbərlər