Artur Rasizadə Gürcüstanın müdafiə nazirini qəbul edib

Baş nazir Artur Rasi-zadə Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzeriDefence”nin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Artur Rasi-zadə Azərbaycanla Gürcüstan arasında bütün sferalarda, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli faydalı münasibətlərin daim inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. O, hərbi əməkdaşlıq istiqamətində də müvafiq qurumlar arasında münasibətlərin  daim inkişaf etdirilməsinin müasir şəraitdə  mühümlüyünə diqqəti yönəldib.

Bakıda keçirdiyi görüşlər barədə Baş nazirə ətraflı məlumat verən Levan İzoria, xüsusilə 2017-ci il üçün müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planının mühümlüyünü qeyd edərək, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə həqiqətən böyük ehtiyac olduğunu bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş