Artur Rasizadə Yurq Notu qəbul edib

Baş nazir Artur Rasizadə Azərbaycanda səfərdə olan İsveçrə Sərhəd Mühafizə Korpusunun rəisi, briqada generalı Yurq Notu qəbul edib.

Bu barədə “AzəriDefence”yə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı tərəflər arasında sərhəd mühafizəsi sistemində əlaqələrin daha da möhkəmləndirilməsi, birgə əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi və mütəmadi təcrübə mübadiləsinin təşkili istiqamətində müzakirələr aparılıb.

Hər iki tərəf vurğulayıb ki, transsərhəd cinayətkarlıqla mübarizə, xüsusən qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün kooordinasiyalı fəaliyyət günün tələbidir.

Söhbət zamanı Artur Rasizadə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir hissəsinin işğal edildiyi və bir milyondan çox soydaşın didərgin düşdüyü barədə qonağa ətraflı məlumat verərək, münaqişənin həlli prosesində bəzən müşahidə olunan ikili standartların mövcudluğunu da təəssüflə qeyd edib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

KATEQORIYA:
Bu xəbəri paylaş