Arzu Rəhimov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Arzu Rəhimov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Fevralın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Xidmət rəisi Azərbaycanla İsrail arasında bütün sahələrdə mövcud olan səmərəli və işgüzar əməkdaşlıq münasibətlərindən bəhs edib.

Səfir Corc Dik Azərbaycan və İsrail arasındakı qarşılıqlı münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirərək əlaqələrin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş