Arzu Rəhimov Ağsuda vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağsu rayon şöbəsinin inzibati binasında Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Bu barədə “AzeriDefence”yə Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib

Qəbulda 25-dək vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, təkrar tibbi müayinəyə cəlb olunma, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş