Arzu Rəhimov Beyləqanda vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli, Ağdam və Ağcabədi rayonlarının sakinlərini qəbul edib.

“AzeriDefence” xəbər verir ki, xidmətin mətbuat mərkəzi bildirib ki, qəbulda 45 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş