Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 16-da Xidmətin Cəlilabad rayon şöbəsində Cəlilabad, Masallı və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 13 noyabr 2017 ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş