Arzu Rəhimov Goranboyda vətəndaşları qəbul edəcək
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Goranboyda vətəndaşları qəbul edəcək.
Xidmətin mətbuat mərkəzindən “AzəriDefence”yə verilən məlumata görə, A. Rəhimov avqustun 18-də saat 10:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların avqustun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
KATEQORIYA: Müdafiə