Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 18 yanvar 2017-ci il tarixində Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 16.01.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş