Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının 36 vətəndaşı iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının təkrar tibbi müayinəyə cəlb olunması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş