Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Xidmətin Qusar rayon şöbəsində 12 fevral 2018-ci il tarixində keçiriləcək qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.02.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş