Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Xidmətin Sabirabad rayon şöbəsində keçiriləcək qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.03.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş