Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarından 20 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş