Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 15 mart 2017-ci il tarixində Ağstafa rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin Ağstafa rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 13.03.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş