Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 19 oktyabr 2017 ci il tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Xidmətin Sumqayıt şəhər idarəsində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə,  bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş