Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇÜDX) rəisi, general-leytenant Arzu Rəhimov mayın 19-da saat 10-da SHXÇÜDX-nin Lənkəran rayon şöbəsinin inzibati binasında Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇÜDX-nin mətbuat xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların mayın 18-ə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yuxarıda adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş