Arzu Rəhimov Xaçmazda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 14 iyun 2017-ci il tarixində  Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin Xaçmaz rayon şöbəsində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.06.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş