Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov dekabrın 17-si saat 10:00-da Xidmətin Mərkəzi Aparatının inzibati binasında Laçın, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Xocalı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 16.12.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş