Arzu Rəhimov: “Əcnəbilər və vətəndaşlığı olmayanlar arasında Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək istəyənlər var”

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmətinə icazə verən “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın qəbulu zərurətdən irəli gəlir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət etmək arzusunda olanlar var.

KATEQORIYA:
Bu xəbəri paylaş