Arzu Rəhimov: “Hərbi xidmətdən yayınanlar azalıb”

Azərbaycanda həqiqi hərbi xidmətdən yayınma halları azalıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

SHXÇDX rəisi hazırda gənclərin hərbi xidmətə böyük marağının müşahidə olunduğunu deyib.

“Bu gün səhhətində müəyyən problemlər olan gənclər var ki, onlar hərbi həkim komissiyaları tərəfindən geri qaytarılır. Amma onlar təkrar müraciət edərək xidmətə getmək istədiklərini ifadə edirlər. Bunun digər səbəbi isə vətəndaşların bununla gələcək həyatlarını təmin etmək istəkləridir. Dövlət qurumlarına və bütün hüquq-mühafizə orqanlarına işə qəbul üçün hərbi xidmət keçmənin vacib olmasıdır”, – deyə A. Rəhimov vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş