Arzu Rəhimov Lerikdə cənub rayonlarının sakinlərini qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov iyunun 18-də Lerik rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Xidmətin Lerik rayon şöbəsinin inzibati binasında (Lerik şəh. İ.Yaqubov küç. 4) keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 17.06.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş