Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Qazax rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Avqustun 13-də saat 10:00-da Xidmətin Qazax rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edə bilərlər.
KATEQORIYA: Müdafiə