Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov martın 17-də Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında (Şamaxı şəh. Şirvani küç. 69) keçiriləcək qəbulda Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar 16.03.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmə və şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş