Arzu Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-dən məlumat verilib.

Aprelin 30-da saat 11:00-da Xidmətin Şirvan şəhər şöbəsinin inzibati binasında (Şirvan şəhəri, H. Əliyev pr. 4) keçiriləcək qəbulda Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayon və Şirvan şəhər sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar 29.04.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş