ASELSAN 100 000 ədəd ATOM elektronikası istehsal edib

ASELSAN 100 000 ədəd ATOM elektronikası istehsal edib

Türkiyənin ASELSAN şirkəti tərəfindən 100 000-ci ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı elektronikası istehsal edilib.

Bu barədə “Poliqon”a ASELSAN şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, ASELSAN şirkəti Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi altında həyata keçirilən 35 mm hava hücumundan müdafiə sisteminin modernləşdiriliməsi (HSSM) və proqramlaşdırılan qəlpəli atəş yığımı tədarükü (PMT) müqaviləsi çərçivəsində ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı istehsal edir.

“2017-ci il dekabr ayının 29-da imzalanan müqavilə çərçivsində bu günə qədər ASELSAN müəssisələrində 100 000 atəş yığımı elektronikası istehsal edilib. ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı həssas zaman sayma və ölçülən sursat çıxış sürətinə görə düzəldilən zaman proqramlama bacarıqları sayəsində yüksək vuruş həssaslığına çatır. Beləliklə lüləli sistemlərin təsirli hava hücumundan müdafiə silahları olaraq istifadə edilmələrinə imkan yaranır.

Modernləşdirilmiş yedəkdə daşınan top və “Qorqud” zenit-top kompleksində istifadə olunan ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı döyüş təyyarəsi, helikopter kimi ənənəvi aviasiya hədəfləri, habelə “hava-yer” tipli raketlər, qanadlı raketlər, pilotsuz uçuş aparatları kimi modern hava təhdidlərinə qarşı effektiv olur”, – deyə ASELSAN şirkətindən bildirilib.

ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı ASELSAN şirkətinin baş podratçılığıda MKEK və TÜBİTAK SAGE ilə birlikdə hazırlanıb.

ASELSAN mütəxəssislərinin sözlərinə görə, layihə çərçivəsində qazanılan təcrübə və məlumat bazası ilə çox çeşidli kalibr və tipdə ağıllı sursatların qısa müddətdə hazırlanması mümkündür.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş