ASELSAN 2014-cü ildə dünyanın ən böyük 62-ci şirkəti olub

Türkiyənin ASELSAN şirkəti dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin arasında böyüməyə davam edir.

ASELSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, ABŞ-da yerləşən “Defense News” nəşri tərəfindən yayımlanan TOP-100 siyahısında ASELSAN 5 pillə irəliləyərək 2014-cü ilin nəticələrinə görə, dünyanın ən böyük 62-ci müdafiə sənayesi şirkəti olub.

ASELSAN “Defense News Top 100” siyahısına 2006-cı ildə daxil olub. həmin vaxt şirkət 93—cü yerdə qərarlaşıb. 2013-cü ildə isə ASELSAN 100 böyük müdafiə sənayesi şirkəti arasında 67-ci yerdə olub.

KATEQORIYA:
Bu xəbəri paylaş