ASELSAN 38.2 milyon dollarlıq satış müqaviləsi imzalayıb

ASELSAN 38.2 milyon dollarlıq satış müqaviləsi imzalayıb

Türkiyənin ASELSAN şirkəti xarici müştərisi ilə 38.2 milyon ABŞ doları dəyərində satış müqaviləsi imzalayıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi xəbərdə bildirilib.

Müqavilə çərçivəsində ASELSAN şirkəti adı açıqlanmayan ölkəyə komanda-nəzarət sistemi, tank əleyhinə raket buraxıcı qurğuları, o cümlədən inersial naviqasiya sistemləri və atış yerini təsbit sistemləri tədarük edəcək.

Sözügedən müqavilə çərçivəsində sifariş olunan müdafiə təyinatlı məhsulların 2021-ci illərdə sifarişçiyə çatdırılması planlaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş