
ASELSAN 93 milyon dollarlıq ixracat müqaviləsi imzalayıb
Türkiyənin ASELSAN şirkəti ilə xarici müştəri arasında müdafiə təyinatlı məhsulların ixracına dair müqavilə imzalanıb.
Azeri Defence saytının məlumatına görə, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi xəbərdə bildirilib.
Müqavilə çərçivəsində ASELSAN şirkəti adı açıqlanmayan ölkəyə komanda-nəzarət sistemi, tank əleyhinə raket buraxıcı qurğu, uzaqdan idarə olunan silah sistemləri (UKSS), radioelektron sistemləri, o cümlədən inersial naviqasiya sistemləri və atış yerini təsbit sistemləri tədarük edəcək.
Müqavilənin dəyəri 93 262 684 ABŞ dolları təşkil edir. Müqavilə çərçivəsində sifariş olunan müdafiə təyinatlı məhsulların 2020-2021-ci illərdə sifarişçiyə çatdırılması planlaşdırılıb.
KATEQORIYA: Xəbərlər