ASELSAN adı açıqlanmayan müştəri ilə 118 milyon avroluq müqavilə bağlayıb

ASELSAN adı açıqlanmayan müştəri ilə 118 milyon avroluq müqavilə bağlayıb

Türkiyənin ASELSAN şirkəti xarici müştəri ilə müdafiə sistemi həllinin tədarükünə dair müqavilə bağlayıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə bildirilib.

Müqaviləyə əsasən ASELSAN şirkəti adı açıqlanmayan xarici ölkəyə 118 milyon avro dəyərində müdafiə sistemi həlli ixrac edəcək.

Müqavilə çərçivəsində sifarişin 2020 – 2022-ci illər ərzində müştəriyə çatdırılması planlaşdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş