ASELSAN ADOP-2000 sisteminin çatdırılmasına dair 200 milyon dollarlıq müqavilə imzalayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi ASELSAN şirkəti ilə Avtomatlaşdırılmış Atəş Dəstək Sistemlərinin (ADOP-2000) satın alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Müqavilənin dəyəri 200 milyon ABŞ dolları təşkil edir.

ADOP-2000 ASELSAN-ın atəş dəstək məhsullarının bir araya gətirilməsi nəticəsində ortaya çıxmış sistemdir. ADOP-2000 döyüş sahəsində hədəflərin təsbiti, atəş dəstəyinin komanda, nəzarət və texniki atəş idarəetməsinin avtomatlaşdırılması, digər sistemlərlə uyğunlaşdırılmasını təmin edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş