ASELSAN ASELPOD-un ixracına başladı

Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan xarici ölkə ordusuna ASELPOD elektro-optik hədəfləmə sisteminin satışını gerçəkləşdirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına təqdim etdiyi xəbərdə bildirilib.

Dəyəri 24 964 000 ABŞ dolları təşkil edən müqavilə çərçivəsində tədarük ediləcək ASELPOD alıcı ölkənin hava platformalarında qurulacaq.

Türkiyə mediası sistemin F-16 təyyarələrində qurula bilməsini əsas gətirərək sistemin İordaniya yaxud Pakistana satıldığını ehtimal edir.

Təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 220 kioqram uzunluğu 240 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır. ASELPOD ehtiyac duuyulduqda lazer işıqlandırmasını da həyyata keçirir. System eyni zamanda 4 hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir.

ASELPOD_pg1

KATEQORIYA:
Bu xəbəri paylaş