ASELSAN Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

ASELSAN Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

Türkiyə müdafiə sənayesinin lokomotivi olan ASELSAN şirkəti Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünü təbrik edib.

“AzeriDefence”nin məlumatına görə, şirkət özünün sosial media hesabında ASELSAN manqa radiostansiyası ilə Azərbaycan Ordusunun hərbi qulluqçusunun fotosunu paylaşaraq “ASELSAN məhsullarından uzun illər boyu istifadə edən qardaş ölkə Azərbaycanın Silahlı Qüvvələr Gününü təbrik edirik! Birlikdəyik” mesajını yayınlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş