
ASELSAN Bəhreynə döyüş modulu ixrac edəcək
Türkiyənin ASELSAN şirkəti ilə Bəhreyn Krallığı arasında uzaqdan idarə olunan silah sistemlərinin alqı-satqıdsına dair müqavilə imzalanıb.
Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.
Müqaviləyə əsasən ASELSAN şirkəti Bəhreyn donanmasının gəmilərini uzaqdan idarə olunan döyüş modulları ilə təchiz edəcək.
Məlumatda o da qeyd olunub ki, ASELSAN Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və xüsusilə Bəhreyn Krallığı üçün gələcək dövrdə investisiya və əməkdaşlıq sahələrini inkişaf etdirməyi hədəfləyir.
ASELSAN-ın uzaqdan idarə olunan silah sistemləri Türkiyə, Xorvatiya, Qatar, BƏƏ, Pakistan, Bəhreyn, Malayziya, Türkmənistan, Misir və Gürcüstan daxil olmaqla 20-dən artıq ölkənin müxtəlif quru və dəniz platformalarında istifadə olunur.