“Aselsan Bakı” AzTU ilə əməkdaşlığı dərinləşdirir

“Aselsan Bakı” AzTU ilə əməkdaşlığı dərinləşdirir

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin “Aselsan Bakı” şirkətində təqaüdlü təcrübə proqramı davam edir.

Azərbaycan Texniki Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən “AzeriDefence”yə verilən məlumata görə, AzTU-nun nümayəndə heyəti “Aselsan Bakı” şirkətində təqaüdlü təcrübə proqramını növbəti dəfə uğurla keçən tələbələrlə görüşüb.

Bildirilib ki, şirkətdə tələbələrin nəzəri və praktiki bilik-bacarıqlarının inkişafı üçün lazımi şərait yaradılıb.

Tələbələr “Aselsan Bakı” şirkətində peşəkar mütəxəssislərin dəstəyi ilə elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə praktiki bacarıqlarını inkişaf etdirir, ölkənin əmək bazarına ixtisaslı kadr kimi hazırlanırlar.

Məlumatda o da qeyd olunub ki, hazırda AzTU-nun 2 tələbəsi şirkətdə təqaüdlü təcrübə proqramını davam etdirir. Şirkətin müraciəti əsasında, universitetin daha 5 tələbəsi “Aselsan Bakı“da təqaüdlü təcrübə proqramına cəlb ediləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş