ASELSAN boru kəmərlərinin təhlükəsizliyi üçün sistem hazırlayıb

Türkiyənin ASELSAN şirkəti neft və qaz boru kəmərlərini təxribatdan qorumaq üçün “Midas” adlı optik qeydəalma sistemi hazırlayıb.

Bu barədə “AzeriDefence” “Anadolu” agentliyinə istinadən məlumat verib.

“Midas” sistemi fiber optik sensor vasitəsilə kəmərlərin üzərindəki ən kiçik fəallığı, həmçinin 50 km məsafədə yerləşən ərazidə xətt boyunca avtomobil və insanların ən xırda qazıntı hərəkətini qeydə alır. Sistem ilə BOTAŞ şirkətinin neft və qaz boru kəmərlərinin mühafizəsini təmin etmək nəzərdə tutulub.

Sərhəd təhlükəsizliyində də mühüm töhfə verməsi gözlənilən sistem, kritik qurğuların təhlükəsizliyinin təmin olunmasında da istifadə ediləcək.

Qeyd edək ki, daxili imkanlar hesabına hazırlanan “Midas” sisteminin hazırlanmasında Bilkent Universitetinin NANOTAM araşdırma mərkəzi və Orta Doğu Texniki Universiteti ilə əməkdaşlıq edilib. “Midas” sistemi Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) və BOTAŞ şirkəti tərəfindən qəbul edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş