ASELSAN-dan daha bir yenilik

ASELSAN şirkətinin zenit-top kompleksi ilə test atışları həyata keçirilib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Quru Qoşunları Komandanlığının alçaq hündürlükdə hava müdafiə ehtiyaclarını qarşılamaq üçün SSM ilə imzalanan müqavilə çərçivəsində ASELSAN tərəfindən aparılan işlər son mərhələyə qədəm qoyub. Bu layihə çərçivəsində yaradılmış zenit top sistemləri ilə sentyabr ayında həyata keçirilmiş atışlı testlərdə “Durna” hədəf təyyarəsi dəqiqliklə vurulub.

Həm top, həm də mərmini idarə edəcək

AIC_MCT

AİC və 35 mm-lik zenit topu. Foto: ASELSAN

Testlərdə tətbiq olunan havadan müdafiə sisteminin Atəş İdarəetmə Cihazı (AIC) mühüm obyektlərin, həmçinin hərbi bazaların havadan müdafiəsinin davamlı təmin olunması məqsədi ilə yaradılıb.

AIC sistemi ASELSAN tərəfindən modernləşdirilmiş 35 mm-lik yedəkdə daşınan zenit topları və HİSAR layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanan aşağı hündürlükdə hava hücumundan müdafiə sisteminin raket buraxıcı kompleksinin atış və komanda idarəəetməsini həyata keçirəcək.

Sursatı da ASELSAN yaratdı

ASELSAN tərəfindən modernləşdirilmiş və AIC idarəsi altında çalışacaq 35 mm-lik yedəkdə daşınan zenit topları ASELSAN tərəfindən yaradılmış, planlı şəkildə partladılan 35 mm çaplı qəlpələnən sursatlardan atəş açacaq. Qəlpəli sursan 35 mm-lik zenit toplarından “hava-yer” mərmilərinə, pilotsuz uçuş aparatlarına və digər hava hədəflərinə qarşı aktiv və effekktiv tətbiq oluna bilir.
Testləri həyata keçirilən qəlpələnən sursat ASELSAN-ın “Qorqud” zenit top sistemində də istifadə ediləcək. “Qorqud” hərəkət halında olan birliklərin hava hücumundan müdafiəsini təmin edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş