ASELSAN-dan sərhəd təhlükəsizliyi üçün yeni nəsil termal kamera sistemi – FOTO

ASELSAN şirkəti tərəfindən “İnteqrə Olunmuş Sərhəd İdarəçiliyi” layihəsinin ikinci mərhələsi çərçivəsində yeni nəsil termal kameralar istehsal edilib. Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Yeni nəsil termal kameralar Avropa Birliyinin dəstək verdiyi layihə çərçivəsində Daxili İşlər Nazirliyinin Sərhəd İdarəçiliyi Bürosunun nəzarəti altında istehsal edilib. Kameralar eyni zamanda Quru Qoşunları Komandanlığının Müayinə və Qəbul Heyəti tərəfindən test edilib. Müayinə və test əməliyyatları tamamlanan termal kamera sistemləri yaxın vaxtlarda sərhəd birliklərinə təhvil veriləcək.

ASELSAN-dan “AzeriDefence”yə bildirilib ki, yaradılmış Yeni Nəsil Sabit və Mobil Termal Kamera Sistemləri ASELSAN tərəfindən sərhəd təhlükəsizliyi ehtiyacları diqqətə alınaraq xüsusi olaraq hazırlanıb. Yeni Nəsil Sabit Termal Kamera Sistemi özündə ortadalgalı infraqırmızı tezliklə çalışan termal göstərmə vahidi, gündüz göstərmə vahidi, lazer məsafə ölçər, rəqəmli maqnit kompas, GPS, operator və komanda vahidi, uzaqdan komanda olunan istiqamətləndirmə vahidi və aksesuarları birləşdirir. Yeni Nəsil Mobil Termal Kamera Sistemi isə yüngül, erqonomik və eyni zamanda yüksək mənzil performansını təmin edən əldə daşına bilən bir termal kamera sistemidir.

KATEQORIYA:
Bu xəbəri paylaş