ASELSAN: GİS sistemi ilə təchiz edilən SARP döyüş modulunun ilk partiyası sifarişçiyə çatdırılıb

ASELSAN: GİS sistemi ilə təchiz edilən SARP döyüş modulunun ilk partiyası sifarişçiyə çatdırılıb

Türkiyənin TÜBİTAK BİLGEM mərkəzinin hazırladığı GİS real vaxt əməliyyat sistemi ASELSAN şirkətinin istehsal etdiyi SARP uzaqdan idarə olunan döyüş moduluna inteqrasiyası edilib.

“Poliqon”un məlumatına görə, ASELSAN şirkətinin aylıq bülletenində bildirilib ki, GİS ilə təchiz olunan SARP döyüş modullarının ilk partiyası müştəriyə təhvil verilib.

“Xarici asılılığı azaltmaq və yerli məhsulların istifadəsini genişləndirmək məqsədilə TÜBİTAK BİLGEM ilə birgə olaraq aparılan işlərin nəticəsində SARP artıq tamamilə milli proqram təminatları ilə işləyir”, – deyə ASELSAN-ın məlumatında qeyd edilib.

Elşən Abdulkərimov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş