ASELSAN iki yeni torpedasını IDEF-2017 sərgisində nümayiş etdirəcək – FOTOLAR

Türkiyənin ASELSAN şirkəti IDEF-2017 sərgisində torpeda təhdidlərinə qarşı müdafiə torpedasını (TORK) və yüngül torpedasını ilk dəfə nümayiş etdirəcək.

ASELSAN şirkətindən “AzeriDefence”ə verilən məlumata görə, gəmi torpedalarına qarşı nəzərdə tutulan TORK 2014-cü ildə TÜBİTAK TEYDEB 1501 dəstəyi ilə yaradılıb.

TORK gəmi və sualtı qayıqlarda akustik yönləndirmə, rabitəli və rabitəsiz yönləndirmə və tullantı su ilə işləyən torpedalar qarşı nəzərdə tutulur. TORK torpidalara yaxınlaşdıqda partlayaraq təhdidi zərərsizləşdirir.

Yüngül torpeda gəmi, helikopter və dəniz mühafizə təyyarələrindən atılabiləcək ölçüdə hazırlanıb.

Yüngül torpedanı analoqlarından fərqləndirən xüsusiyyətlərindən biri, bütün şəraitlərdə yönləndirmə qabiliyyətinin olmasıdır.

ASELSAN yüngül torpedası

Yüngül torpeda sualtı qayığa tərəf hərəkəti və ya hədəfi axtarış mərhələlərində, hədəfə aid məlumatları “Xızır – LFAS” sistemləri üzərindən akustik xəbərləşmə vasitəsi ilə əldə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş