ASELSAN-ın 2012-2018-ci illər arasında aldığı sifarişlər 4.3 mlrd. dollara çatdı

Dünyanın ən böyük 100 hərbi şirkəti arasında yer alan Türkiyənin ASELSAN şirkətinin 2012-2018-ci illər ərzində təslimatlarını gerçəkləşdirəcəyi sifarişlərin ümumi həcmi 4,3 mlrd. ABŞ dollarına çatıb. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ASELSAN-ın 2011-ci ildə fəaliyyətinə dair hesabatında qeyd olunub.

Ötən il şirkət 160,7 milyon lirə mənfəət əldə edib. ASELSAN-ın satış gəlirləri isə 23,9% artaraq 1,5 mlrd. lirəni keçib. Satışların 1 419,4 mln. lirəsi Türkiyə daxili, 82,5 mln.lirəsi isə xaricə gerçəkləşdirilib.

ASELSAN tərəfindən 2011-ci ildə araşdırma və tədqiqat işlərinə 447 mln.lirə vəsait xərclənib.

KATEQORIYA:
Bu xəbəri paylaş