ASELSAN-ın ASELPOD hədəfləmə sistemi seriyalı istehsala hazırlanır

ASELSAN-ın ASELPOD hədəfləmə sistemi seriyalı istehsala hazırlanır

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan ASELPOD elektro-optik hədəfləmə sisteminin seriyalı istehsalı üçün qəbul sınaqları keçirilir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında deyilib.

“Milli imkanlar hesabına yaradılan hədəfləmə və işarələmə sistemi ASELPOD-un seriyalı istehsalı üçün qəbul test uçuşları 401-ci Test Filotiliya Komandanlığı tərəfindən davam etdirilir”, – deyə məlumatda bildirilib.

Təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 220 kiloqram, uzunluğu 240 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Qının ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.

ASELPOD ehtiyac duyulduqda lazer işıqlandırmasını da həyata keçirir. Sistem eyni zamanda 4 hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş