ASELSAN-ın dövriyyəsi 16 milyardı keçib

ASELSAN-ın dövriyyəsi 16 milyardı keçib

Türkiyənin ASELSAN şirkətinin dövriyyəsi 2020-ci ildə əvvəlki ilə nisbətən 24% artaraq 16 milyard TL-ni keçib.

ASELSAN-dan Poliqon”a verilən məlumata görə, şirkətin xalis mənfəəti keçən illə müqayisədə 33% artaraq 4,5 milyard TL-yə çatıb. Şirkət 2020-ci ildə 6 yeni ölkə ilə ümumilikdə 446 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. Xaricdən alınan yeni sifarişlərin qatqısı ilə xarici sifarişlər balansı 1 milyard ABŞ dollarını ötüb. Cəmi sifarişlər balansı isə 9,5 milyard ABŞ dolları təşkil edib.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün bildirib ki, 2020-ci ildə ASELSAN, 3.3 milyard TL-lik araşdırma-inkişaf (Ar-Ge) xərcləri çəkib və texnologiya ilə Ar-Ge sahəsində fəaliyyətini artırıb.

Haluk Görgün qeyd edib ki, 2020-ci il ən çox ixracat edildiyi, ixracat sifarişinin alındığı və ixracatçı ölkələrin sayının 70-ə çatdırıldığı məhsuldar il olub: “Keçən il xarici müştərilərimizlə proseslərimizi vaxtında və təsirli şəkildə həll etmək strategiyamız çərçivəsində 3 ölkədə şirkət qurduq, ofis və filial açdıq. Bu irəliləyişlərlə ölkə daxilində və xaricdəki ümumi iştirak və filial sayımız 28-ə çatdı”.

ASELSAN-ın ümumi alışlarında Türkiyənin yerli şirkətlərinin payı 2020-ci ildə 73% -ə yüksəlib və verilən hər 10 sifarişdən 9-u kiçik və orta biznes şirkətlərinə yönəldilib. ASELSAN ili rekord səviyyədə mənfəət ilə başa vurub və il sonu nağd gəliri 4 milyard TL olaraq reallaşıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş