ASELSAN-ın “Qaragöz” aerostatı İdlibdə əməliyyatlara cəlb edilib

ASELSAN-ın “Qaragöz” aerostatı İdlibdə əməliyyatlara cəlb edilib

ASELSAN şirkəti tərəfindən istehsal edilən “Qaragöz” adlı aerostat müşahidə sistemi Türkiyənin silahlı qüvvələri tərəfindən Suriyanın İdlib vilayətində əməliyyatlara cəlb edilib.

Bu barədə “AzeriDefence” “C4 Defence”ə istinadən məlumat verib.

“Qaragöz” aerostatın İdlib bölgəsində ola biləcək pozuntuları aşkar etmək üçün yerləşdirildiyi təxmin edilir.

ASELSAN şirkətinin “Qaragöz” aerostat ailəsinin “Qaragöz-S”, “Qaragöz-M” və “Qaragöz-L” adlı üç fərqli modeli var. Aerostat sərt hava şərtlərinə və yüngül silahların atəşinə qarşı davamlıdır.

Aerostat terrorçularla mübarizə və sərhəd pozucuları ilə mübarizə üçün nəzərdə tutulub. Bundan başqa aerostat hərbi bazalar və polis məntəqələrində havadan kəşfiyyat, xəbərdarlıq və nəzarət məqsədi ilə istifadə edilə bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş